Qaçqın düşərgəsində partlayış: 2 ölü, 2 yaralı - FOTO

  • By admin
  • 25 Noyabr 2016 17:40

yunan-10

Yunanıstanın Lesbos adasındakı Moria qaçqın və miqrantların yerləşdirilməsi mərkəzində partlayış baş verib. 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Gununsesi.info “Akşam” qəzetinə istinadən xəbər verir ki, partlayışın ardından çıxan yanğın qısa müddətdə ərzində ərazini cənginə alıb.

Hadisə yerinə çox sayda yanğınsöndürən və təcili yardım maşınları cəlb edilib.

İlkin məlumata əsasən, partlayış zamanı bir qadın və bir uşaq həyatını itidib. Eyni zamanda, biri qadın, biri uşaq olmaqla daha 2 nəfər isə yaralanıb. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ağır olduğu bildirilir.

Ölən və yaralananların sayının artacağı istisna edilmir.

Partlayışa nəyin səbəb olduğu hələ bəlli deyil.

Anar
Gununsesi.info