
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, BMT–nin Qaçqınlar üzrə Ali KomissarlığınınAzərbaycandakı Nümayəndələyi, eləcə də, KəndTəsərrüfatı Nazirliyi və Regional İnkişaf İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə tarixdə məcburi köçkünlərin qayıdışı və hazırlıq mərhələsi mövzusunda görüş keçirilib.
“Qaçqınkom”da Gununsesi.info-ya göndərilən məlumata görə, görüşdə dövlətin pilot qayıdış prosesində planlaşdırdığı addımlar, icmaların qayıdış prosesinə cəlbolunması və icmaların potensialının gücləndirilməsi, qayıdış prosesində hədəf icmaların ehtiyaclarının vəgözləntilərinin dəqiqləşdirilməsi müzakirə edilib. O cümlədən, mənzil, xidmətlər, məşğulluq, kommunikasiyavə koordinasiya mexanizmləri üzrə müvafiq icmalaralazımi informasiyaların verilməsi və məlumatlılığın artırılması kimi məsələlər barədə də fikir mübadiləsi aparılır.
Dövlət Komitəsi və BMT QAK-ın nümayəndələritərəfindən qayıdış zamanı ictimaiyyətin bu prosesdə əsasmaraqlı tərəf olaraq formalaşdırılması və səlahiyyətləndirilməsi istiqamətində birgə iş və sistemli fikir mübadiləsi aparıldığı bildirilib, mövcud əməkdaşlığın daha da genişlənməsinin vacibliyi vurğulanıb.
Gununsesi.info