Məcburi köçkünlərin üzləşdiyi qaz problem ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin fikirlərini öyrənmək istədik. O, qısa açıqlama verərək məsələyə aydınlıq gətirdi.
“Ölkə.Az” onunla Unikal.org-un əməkdaşı arasında olan qısa dialoqu olduğu kimi təqdim edir:
-Salam Əkbər müəllim.
-Salam.
-Unikal.org saytından narahat edirik.
-Başa düşmürsünüz ki, mən mətbuata danışmıram?…
-Bilmək istəyirik ki, məcburi köçkünlərin qaldığı yataqxanalar nə zaman qazlaşdırılıcaq? Planda varmı?
-Məcburi köçkünlər qazı gedib “Qaçqınkom”dan istəsin. Biz özbaşımıza qaz çəkmirik.
-Qazı “Qaçqınkom”çəkməlidir?
-Bəli sifarişçi onlardır.
Əkbər Hacıyev digər sualımızı dinləmədən telefonu söndürdü.
Gununsesi.info