Türkiyə “Fərat qalxanı” əməliyyatı nəticəsində azad edilmiş ərazilərdə suriyalı qaçqınlar üçün yeni düşərgələr inşa edir.
Bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy elan edib.
O qeyd edib ki, düşərgələr doqquz ayrı bölgədə, o cümlədən İdlibdə salınacaq.
Qeyd edək ki, “Fərat qalxanı” əməliyyatı 2016-cı ilin avqustunda başlamışdı.
Son məlumata görə, hazırda Türkiyədə 3,5 milyon suriyalı qaçqın məskunlaşıb.
Gununsesi.info