Qaçqınlara atəş açıldı –37 ölü, 120 yaralı var

Qaçqınlara atəş açıldı –

684x384_388480
Konqo Cümhuriyyətində Burundidən olan 4 qaçqının deportasiya edilməsinə görə digər qaçqınlar Kamanyola şəhərində etiraz aksiyası keçiriblər.

Gununsesi.info xəbər verir ki, yerli qüvvələr isə aksiyaya sərt müdaxilə ediblər.

Qaçqınlara atəş açılması nəticəsində 37 nəfər ölüb, 120 nəfər isə yaralanıb.

Lakin, yerli qurumlar fərqli açıqlama veriblər. Onlar öldürülənlərin Milli Kəşfiyyat İdarəsinə hücum edənlərin olduğunu bildiriblər.

BMT isə hadisə bağlı araşdırma aparılmasını tələb edib.

Qeyd edək ki, Konqo Cümhuriyyəti burundili qaçqınların öz ölkələrinə geri qayıtmaları üçün onlara təzyiqlər göstərir. Hadisənin baş verdiyi Kamanyola şəhərində 2 mindən çox, ümumilikdə isə Konqoda 40 mindən çox burundili qaçqın yaşayır.

Burundidə 2 il öncə prezident Nkurunzizanın 3-cü dəfə rəhbər seçilmək istəməsindən sonra ölkədə çaxnaşmalar başlamışdı. Yerli əhaliyə işgəncələr edildiyi üçün 400 mindən çox insan qonşu ölkələrə sığınmışdı.
Gununsesi.info

COMMENTS