Qaçqınların yaşadığı düşərgədə yanğın baş verdi - 12 min insan yaşayırmış

Yunanıstanın “Lesbos” adasında miqrantların yaşadığı “Moria” düşərgəsində güclü yanğın baş verib.

Gununsesi.org-un “BBC News”a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində bir qadın və bir körpə həlak olub.

 Məlumata görə, yanğından sonra düşərgədə iğtişaş başlayıb. Etiraz edən qaçqınlar yanğınsöndürənlərin hadisə yerinə çox gec gəldiklərini və yanğının söndürülməsi üçün lazımi tədbir görmədiklərini bildiriblər. Polis kütləni sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə etməli olub.

Qeyd olunur ki, düşərgə rəsmi olaraq cəmi 3 min nəfər üçün nəzərdə tutulsa da, burada 12 min insan yaşayır.

Gununsesi.org