Qadın ərinin 1 milyon dollarlıq skripka kolleksiyasını məhv etdi

  • By admin
  • 27 İyul 2017 14:16

391320

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyada bir qadın boşandığı ərinin 1 milyon dollar dəyərindəki skripka kolleksiyasını məhv edib. Bu səbəbdən 34 yaşlı qadın nəzarətə götürülüb.

Belə ki, qadının 3 il əvvəl Naqoya şəhərində yaşayan 62 yaşlı ərinin mənzilinə girərək onun şəxsi kolleksiyasını parça-parça etdiyi ortaya çıxıb.

Keçmiş ər skripka hazırlamaqla məşğul imiş. O, eyni zamanda, bu musiqi alətindən kolleksiya yığmağa maraq göstərib.

Zərərçəkmişin kolleksiyasında İtaliya istehsalı olan qiymətli skripka olduğu da bildirilir.

Gununsesi.info