Qadın 9 aylıq hamilə olduğunu son anda öyrəndi - QEYRİ-ADİ OLAY

  • By admin
  • 09 Mart 2018 08:45

İngiltərədə yaşayan 21 yaşlı Şarlot Tomsonun başına inanılmaz hadisə gəlib.

Gununsesi.info xəbər verir ki, Şarlot mədə ağrısı və qanaması ilə xəstəxanaya gedib və 9 aylıq hamilə olduğunu öyrənib.

Həkimlərin belə təəccübünə səbəb olan hadisə haqda Tomson bunları deyib:

“Uşağı qucağıma almayanadək 9 aylıq hamilə olduğuma inanmırdım. Bu müddət ərzində məndə hamiləliyə xas heç bir xüsusiyyət olmayıb. 9 ay ərzində sadəcə 1 kiloqram 300 qram kökəlmişdim, qarnım isə düz idi. Gözlənilmədən ana olmaq qəribədir, amma özümü çox xoşbəxt hiss edirəm”.

Gununsesi.info