Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymuş Balakən rayon sakini tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən Balakən rayon sakini Niyar Novruzovanın 2016-cı ilin noyabr-dekabr ayları ərzində qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib və həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Anar
Gununsesi.info