Azərbaycan atıcısı Nurlana Cəfərova Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında dairəvi stend yarışının finala vəsiqə qazanıb.
Gununsesi.info məlumatına görə, N.Cəfərova 71 xalla həlledici mərhələyə yüksəlib.
Digər təmsilçilərimiz – Regina Meftahətdinova və Püstəxanım Məlikova təsnifat mərhələsində mübarizəni dayandırıblar.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Gununsesi.info