Qadın baş nazir ona “cənab” formasında müraciət edilməsini istəyir

  • By admin
  • 28 Oktyabr 2022 21:19

İtaliyanın yeni seçilən ilk qadın baş naziri Giorgia Meloni özünə “cənab” formasında müraciət edilməsini istəyir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

İtalyan dilində adlar kişi və ya qadın formasında ola bilər. İtaliyanın yeni hökuməti tərəfindən yayılan ilk bəyanatda Meloninin adı qadına aid olan “la” deyil, kişi cinsi üçün istifadə edilən “il” hərfi ilə qeyd olunub.

Bu gün İtaliya hökuməti onun rəsmi tituluna “Signor”, yəni “cənab” sözünün əlavə edildiyini açıqlayıb. Bundan sonra xanım baş nazir “Nazirlər Şurasının cənab sədri” kimi çağırılacaq.

Onun bu qərarı İtaliyanın feminist təşkilatlarının qəzəbinə səbəb olub. Meloninin 24 nəfərlik kabinetində cəmi altı qadın nazir var.

Gununsesi.info