Qadın birlikdə araq içdiyi kişini bıçaqladı

Cəlilabbada bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.org-un məlumatına görə, rayon sakini 1956-cı il təvəllüdlü Heydər Əsgərov bıçaqlanıb.

Məlum olub ki, H.Əsgərov qonşusu Namiq Abışovun evində yeyib- içmək məclisinə gəlib. Bu zaman qonşusu 1960-ci il təvəllüdlü Süsən Əliqi də onlarla içib. N.Abışov spirtli içki almaq üçün yenidən mağazaya gedib.

Bu zaman H.Əsgərov və S.Əliqi arasında mübahisə düşüb və qadın kişini bıçaqlayıb.

S. Əliqi polis tərəfindən saxlanılıb.

Onun barəsində Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Gununsesi.org