Qadın canlı yayımda yoldaşını başından güllələdi - VİDEO

  • By admin
  • 03 Aprel 2018 10:50

Sosial şəbəkədə canlı yayım zamanı avtomobildəki yoldaşını güllələyən qadın həbs edilib.

Gununsesi.info xəbər verir ki, əlindəki silahla “şou” göstərən Nickcole Damper adlı 25 yaşlı qadın “məni əsəbləşdirirsən” deyib və Devyn Holmes-ə atəş açıb.

Hadisə Amerikanın Texas ştatında baş verib.

Polislər səhər saatlarında Devin adlı şəxsin avtomobilində özünü güllələməsi ilə bağlı məlumat yaysalar da, sosial şəbəkə görüntülərindən məlum olub ki, onu yaralayan Nikkol imiş.

Cinayətdən sonra iz itirməyə çalışan Nikkol və avtomobildəki üçüncü şəxs saxlanılıb.

Devin isə xəstəxanadadır. Onun vəziyyəti ağır olaraq qalır.

Videonu izləmək üçün linkə klikləyin:

https://daytube.az/az/videos/64785/

Gununsesi.info