Azərbaycan qadın cinayətlərinin sayı son illər azalsa da, statistik rəqəmlərə nəzər salanda ən çox qadın cinayəti 2017-ci ilə təsadüf edib. Qısa zaman ərzində baş verən qadın cinaytləri isə əsasən dələduzluq və narkotik vasitələrin daşınmasıyla bağlı olub.
Gununsesi.info-nun araşdırmalarına görə 1993-cu ildən indiyədək Azərbaycanda ciayət törədən qadınların sayı əsasən narkotik vasitələr və onların daşnması və satışıyla bağı olub. Belə ki, 1993-cü ildə cinayət törətmiş 727 qadından 157-si, məhz, narkotik vasitələrlə bağlı olub. Bu sahədə cinayət törədən qadınların sayı 1995-ci ildə pik həddə çataraq, 389 nəfər olub. Son 10 ildə isə bu rəqəm azalaraq ildə 73-52 nəfər arası dəyişib. Qəsdən adam öldürmə və öldürməyə cəhd isə hər il bir az da artıb. Qadınlar ən çox 2006-ci ildə cinayət törədiblər – 2675 nəfər. Ən az cinayət isə 1993-cü ildə qeydə alınıb- 727 nəfər.
Son 24 ildə bu sahədə baş verən cinayətlərin sayında, o cümlədən qəsdən adam öldürmədə dəyişiklik baş verməyib. Oğurluq, soyğunçuluq, quldurluqda da, qadınlarımız “fəal” olublar. Belə ki, son 24 il ərzində bu rəqəm ən çox 2015-ci ildə baş verib. Həmin il cinayət törədən 1128 qadından 137 nəfəri bu ittihamla həbs edilib. Qadınlar arasında dələduzluq və xuliqanlıq da artan sırada təqib olunub. Bu ittihamla ən çox 2006-ci ildə həbslər baş verib. 234 nəfər qadın bu cinayətə görə mühakimə olunub. Cinayət törədən qadınıar arasında sonuncu yeri hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının əlehinə olanlardır. Bu cinayət son 24 ildə 1-30 rəqəm arası dəyişib. Son illər nəqliyyatla cinayət törədən qadınların sayı 30-u keçməyib.
Gülnaz Qənbərli
Gununsesi.info