
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və Müalicə müəssisəsində saxlanılan Ağalarov Amid Zakir oğluna tanışı, Bakı şəhər sakini Vəliyeva İradə Bəhlul qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib.
Baxış zamanı sovqatdakı coraba bükülmüş 4 ədəd sellofanın içərisində gizlədilmiş 1,764 qram metamfetamin, 7,043 qram marixuana və 1,632 qram heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org