Qadın evdən 8600 dollar OĞURLADI

  • By admin
  • 02 Aprel 2022 13:46

Bakıda qadın evdən oğurluq edib. 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN)  verilən məlumatda bildirilib.

Belə ki, Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 8600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini S.Qurbanova müəyyən edilərək saxlanılıb.

Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

Gununsesi.info