Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.
Güləş Federasiyasının mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, qadın güləşçilərin reytinq sıralamasında 7 güləşçimizin adı var. Onlardan 3-nün adı onluğa daxil edilib.
Ən yüksək göstərici Olimpiya Oyunlarında 48 kq çəkidə gümüş medal qazanan Mariya Stadnikdədir. Güləşçimiz reytinqdə də ikinci sırada qərarlaşıb.
Olimpiadanın bürünc medalçısı Nataliya Sinişin (53 kq) reytinqdə 4-cü olub. Olimpiadanı 5-ci sırada tamamlayan Yuliya Ratkeviç (58 kq) isə reytinqdə 6-cı pillədədir.
Anar
Gununsesi.info