Qadın həndbolçularımızın Avrokubok oyunlarının hakimləri bəlli oldu

  • By admin
  • 26 Avqust 2017 23:20

ahk

Klassik və çimərlik həndbolu üzrə qadınların yarışında Azərbaycan çempionluğunu qazanan Mingəçevirin “Nur” komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku yarışının ilk mərhələsində İsveçin “Luqi” komandası ilə qarşılaşacaq.

Azərbaycan Həndbol Federasiyasından Gununsesi.info-ya bildiriblər ki, son ölkə çempionunun oyunlarını ukraynalı hakimlər briqadası idarə edəcək. Mingəçevirdə keçiriləcək hər iki matçın hakimləri Olena Kaverina və Marina Dupli, EHF nümayəndəsi isə rumıniyalı Kristian Belu olacaq.

Xatırladaq ki, ilk oyun sentyabrın 16-da, cavab qarşılaşması isə bir gün sonra keçiriləcək. Görüşlər yerli vaxtla saat 17:00-da başlayacaq.

Gununsesi.info