Qadın həndbolçuların yarışının finalında Azərbaycan və Türkiyə milliləri qarşılaşacaq

  • By admin
  • 13 May 2017 21:39

59146bded8ddc_1handball_110517

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında həndbol üzrə bütün finalçılar məlum olub.

Gununsesi.info xəbər verir ki, yarımfinal mərhələsinə Azərbaycanın və Özbəkistanın qadın həndbolçularının qarşılaşması ilə start verilib. Milli komandamız rəqibinə asanlıqla – 42:25 hesabı ilə qalib gələrək finala yüksəlib. Qadın həndbolçularımız finalda Kamerun yığmasını 34:18 hesabı ilə məğlub edən Türkiyə kollektivi ilə üz-üzə gələcəklər.

Kişi həndbolçuların yarışında isə ilk finalçı Səudiyyə Ərəbistanı həndbolçuları olub. Səudiyyə Ərəbistanı komandası yarımfinalda İraq yığmasından üstün olub – 28:24. Finala yüksələn digər komanda isə Əlcəzair üzərində 26:22 hesabı ilə qələbə qazanan Türkiyə yığmasıdır.

Kişi və qadın həndbolçular arasında final görüşləri mayın 14-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.

Gununsesi.info