Qadın küçədə özünü niyə doğrayıb? -RƏSMİ AÇIQLAMA

  • By admin
  • 16 Aprel 2023 13:55

Gəncədə qadın küçədə kəsici alətlə özünə xəsarət yetirib. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlqamasında bildirib ki, şəhər sakini A.Abbasəliyeva bunu həyat yoldaşı Bayram Qurbanovun oğurluq etdiyinə üçün saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunmasına görə edib.

Polis əməkdaşları dərhal hadisəyə müdaxilə edib. A.Abbasəliyevaya tibbi yardım göstərilib, səhhəti normaldır. Vətəndaşla profilaktiki söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.

Gununsesi.info