Qadın mülk üstündə öldürüldü - Cəlilabaddakı qətlin TƏFƏRRÜATI

  • By admin
  • 01 Aprel 2022 09:59

Cəlilabad rayonunda ötən axşam baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Gununsesi.info Report-a istinadla xəbər verir ki, hadisəyə mülk üstə düşən mübahisə səbəb olub.

Belə ki, mübahisə nəticəsində rayonun Qarakazımlı kənd sakini 1973-cü il təvəllüdlü Südabə Əlixan Həsənova qaynı, 1976-ci il təvəllüdlü Mehdi Dədəxan Həsənov tərəfindən bıçaqla qətlə yetirilib.

Həmin vaxt M. Həsənov da bıçaq xəsarətləri alıb. Mehdi Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info