Qadın orqanizmi üçün faydalı tərəvəz

  • By admin
  • 07 Dekabr 2021 18:52

Turp qadın orqanizminə müsbət təsir göstərən məhsuldur.

Gununsesi.info xəbər verir ki, bu barədə rusiyalı diyetoloq Anna Drobışeva danışıb.

“Turp qadınlar üçün əla məhsuldur. O, hormonları normallaşdırır, kritik günlərdə ağrıları azaldır, dərinin qocalmasını ləngidir. Xəstəlik zamanı istifadə edilə bilən turp antibakterial xüsusiyyətlərə malikdir. Kişilər üçün bu tərəvəz testosteron səviyyəsini artırmağa və prostatın iltihabını azaltmağa kömək edə bilər”, – mütəxəssis “RİA Novosti”yə müsahibəsində deyib.

A.Drobışeva turpu zeytun yağı və limon suyu ilə qarışdıraraq ədviyyatlı salatlara əlavə etməyi məsləhət görüb. O, həm də ət yeməkləri üçün əla iştahaaçandır.

Gununsesi.info