Masallıda qətl hadisəsi baş verib.
Gununsesi.info-nun APA-nın cənub bürosuna istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında rayon ərazisində yerləşən otellərdən birində qeydə alınıb.
Salyan rayon sakini, 22 yaşlı Röya Novruz qızı Hüseynova ürək nahiyəsindən bıçaq zərbəsi alıb. O, aldığı yaradan yerindəcə dünyasını dəyişib. Qadının meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.
İlkin versiya kimi qətlin R.Novruzovanın keçmiş həyat yoldaşı tərəfindən qısqanclıq zəminində törədildiyi ehtimal olunur. Onun saxlanılaraq istintaqa cəlb olunması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.
***
Keçmiş arvadını qətlə yetirmiş Masallı sakini tutulub.
Bu barədə mətbuata Masallı Rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, 41 yaşlı İbrahim Paşa oğlu Muradov hüquq-mühafizə orqanıları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Qeyd edək ki, ötən gün axşam saatlarında Masallı rayonu ərazisində yerləşən otellerin birində qətl hadisəsi qeydə alınıb. Salyan rayon sakini, 22 yaşlı Röya Novruz qızı Hüseynova bıçaqla qətlə yetirilib. Qətlin Röya Novruzovanın keçmiş həyat yoldaşıı İbrahim Paşa oğlu Muradov tərəfindən qısqanclıq zəminində törədildiyi bildirilir.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Gununsesi.info