Qadın “özümü yaralayıb sənin üzərinə ataram” deyib 1450 manat aldı

Bakıda taksi sürücüsündən hədə-qorxu ilə pul tələb edən şəxs tutulub.

Gununsesi.info DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə noyabrın 14-də Bakı şəhər sakini E.Cəfərzadənin taksi kimi idarə etdiyi “KİA” markalı avtomobilində qadın sərnişinin övladının xəstə və pula ehtiyacı olmasını bildirib özünə xəsarət yetirərək onun üzərinə atacağı ilə hədələyib 1450 manat pulunu alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Şərur rayon sakini, əvvəllər də xuliqanlığa görə məhkum olunmuş Tünzalə Şəfiyeva müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Gununsesi.info