
Abşeron rayonunda intihara cəhd hadisəsi baş verib.
Gununsesi.info “BakuPost.az”a istinadən xəbər verir ki, orta yaşlı bir qadın bu dəqiqələrdə özünü Bakı-Sumqayıt yolu, Masazır dairəsindəki körpüdən atıb. Hadisə şahidləri hələlik şəxsiyyəti məlum olmayan qadının sağ olduğunu bildiriblər.
Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, hələ ki, həkimlər hadisə yerinə çatmayıb.
Gununsesi.info