Qadın pis yola düşürsə, səbəbkarı kişilərdir - SƏİDƏ SULTAN (VİDEO)

  • By admin
  • 05 Mart 2018 12:18

Müğənni Səidə Sultan “ATV maqazin onlarla” verilişində maraqlı açıqlamalar verib.

Gununsesi.info xəbər verir ki, Səidə proqram zamanı yaşadığı ayrılıqdan danışıb:

“Hər şeyimi verdim. Sevgi üçün heç bir qızın və oğlanın etmədiyini etdim. Dedim ki, get, amma mən yaxşı oğlana ərə gedəcəm və bunu sübut edəcəm. Mənim də bir bezən vaxtım oldu və “sağ ol” dedim. Mən pisəm…

Arxasınca düşüb ağlamayacaqdım ki. Sevirsən, ətrafı başlayır ki, yaxşı oğlandır, niyə Səidəyə qismət olsun? Gəlin bunu ayıraq. Niyə edirsən? Sənin qızın da böyüyür. İllərlə davam edən münasibətim var idi.

O sevgini göstərib, sonra sevgisində cılızlaşan insan qabağıma çıxdı. Sonra gördüm ki, ətrafına görə sevgisi dəyişdi. Elə ətrafa Allah lənət eləsin.

Mən sevgidən ötrü canımı da verərəm, ölərəm, “of” da demərəm. Ər xatirinə ərə getmərəm. Ya yaxşı oğlana gedəcəm, ya da qalacam. Qadını yaxşı edən də, pis yola salan da kişidir. Qadın xoşbəxtdirsə, bunu edən kişidir. Qadın pis yola düşürsə, bunun da günahkarı kişilərdir”.

Gununsesi.info