
Sumqayıt şəhərinin Sahil küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.org xəbər verir ki, qəza avqustun 31-də saat 12 radələrində qeydə alınıb.
Sumqayıt şəhərinin Sahil küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Corat qəsəbə sakini Mənsumə Əliyeva vurulub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Sumqayıt ŞPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Gununsesi.org