Qadın qisas məqsədilə ərinin keçmiş arvadının evini soydu- ÖZƏL (FOTOLAR)

Qadın qisas məqsədilə ərinin keçmiş arvadının evini soydu

 

oghurluq

 

Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edən vətəndaş Cəmilə Bayramova yaşadığı xırdalan şəhərində yerləşən ev-1 mənzil 94 dən ona məxsus dəyəri 5 min manat olan qızıl -zinyət əşyalarının oğurlandığını bildirib. Gununsesi.info xəbər verir ki, cinayət axtarış idarasinin əməliyyatçılarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən sözügedən mənzildə dayə işləyən Sumqayıt şəhər kotec qəsəbəsində yaşayan Aidə Ələsgərova saxlanılıb. İlkin dindirilmə zamanı 48 yaşlı qadın törətdiyi əməli etiraf edib. Onun sözlərinə görə zərərçəkən Cəmilə Bayramova onun ərinin 1-ci yoldaşının  qızıdır. Aidənin sözlərinə görə bir neçə il bundan əvvəl Cəmilə Bayramova ailə həyatı qurduqdan sonra bir övladı dünyaya gəlib. Cəmilə xəstələndiyi üçün ailənin də razılğı ilə yeni doğulan körpəyə Aidə baxmalı olub. Saxlanılan Aidənin sözlərinə görə evdə təmizlik işləri görərkən otaqların birindən  bağlama tapıb. Onun bağlamaya olan marağı isə başına bəla olub. Daha sonra qadın əldə  etdiyi qızılları Sumqayıt şəhərində yerləşən qızl dükanında satıb. Tutduğu əmələ görə peşman olan Aidə Ələsgərova Cəmilə Bayramovadan qisas almaq üçün bu əməli törətdiyini deyir.

Faktla bağlı Abşeron rayon polis idarəsində cinayət məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi başlanıb araşdırma aparılır.

Gununsesi.info

 

ogurluqq

 

ogurluq

COMMENTS