Qadın sürücü “Santa Fe”ni aşırdı: 4 yaralı

  • By admin
  • 18 İyul 2017 21:20

avtoqeza
Goranboyda qadın sürücünün idarə etdiyi avtomobil aşıb, 4 nəfər xəsarət alıb. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə Goranboy-Tapqaraqoyunlu avtomobil yolunda qeydə alınıb.
Məlumata görə, Naftalan şəhərində yerləşən sanatoriyalardan birinin qadın rəhbəri öz işçilərini – 3 qadını evlərinə aparan zaman idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobilinin qarşısına qoyun çıxıb. İdarəetmədən çıxan avtomobil yolun kənarına aşıb. Qəza zamanı müxtəlif xəsarətlər alan 4 qadın Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralıların Gəncədə olan tibb müəssisələrdən birinə aparılması nəzərdə tutulub.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info