Goranboyda qadın sürücünün idarə etdiyi avtomobil aşıb.
Avtomobilin aşması nəticəsində ölən və yaralananlar var və artıq həmin şəxslərin kimliyi müəyyənləşdirilib.
Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, ölən şəxs 1975-ci il təvəllüdlü Goranboyun Tapqaraqoyunlu sakini Hacıyeva Sahibə Cuma qızıdır.
Xəsarət alanlar: sürücü, 1961- ci il təvəllüdlü Naftalan şəhər sakini Hüseynova Ceyhunə Nəriman qızı və sərnişinlər 1969- cu il təvəllüdlü Tapqaraqoyunlu sakini Qarayeva Günarə Ağaəli qızı və onun həmkəndlisi 1973-cü il təvəllüdlü Əmirova Arifə Tahir qızıdır.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gununsesi.info