Qadın ticarət mərkəzindən 200 manatlıq geyim əşyaları oğurladı

  • By admin
  • 13 Sentyabr 2019 14:28

“Sədərək” Ticarət Mərkəzində qadın mağzadan geyim əşyaları oğurlayıb.

Bu barədə Gununsesi.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 12-də saat 13 radələrində “Sədərək” Ticarət Mərkəzindəki mağazaların birindən 200 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən qadın ərazidə xidmət aparan Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

10-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Şirvan şəhər sakini olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org