Qadınlar arasında 4×100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında Azərbaycan komandası üçüncü yeri tutub.
Gununsesi.info xəbər verir ki, atletlərimiz 4:08.37 saniyə nəticə göstəriblər. Milli komandamızın heyətində Alsu Bayramova, İlahə Raciyeva, Fatimə Alkərəmova və Yuliya Stisyuk mübarizə aparıblar.
Türkiyə yığması 3:47.77 saniyə nəticə ilə birinci, indoneziyalı üzgüçüləri isə 3:52.98 saniyə nəticə ilə ikinci olublar.
Gununsesi.info