
Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
Gununsesi.info-nun məlumatına görə, “Azərreyl” həlledici raunda vəsiqə qazanıb.
Komanda yarımfinalın ikinci oyununda “Gəncə”yə uduzub – 2:3 (25:21, 25:20, 16:25, 17:25, 8:15)
“Azərreyl” ilk matçda 3:0 hesablı qələbəyə sevindiyi üçün finala yüksəlib.
Qeyd edək ki, yarımfinal mərhələsinə aprelin 18-də yekun vurulacaq. “Abşeron” və “Murov Az Terminal” münasibətlərə aydınlıq gətirəcəklər. İlk görüşdə “Abşeron” qalib gəlib – 3:1.
Gununsesi.info