Qadın xəstə yatağında ərə getdi- FOTOLAR

Qadın xəstə yatağında ərə getdi

İngiltərənin Kent şəhərində xərçəng xəstəliyindən əziyyət çəkən qadın xəstəxanada ərə gedib.

Gununsesi.info xarici mətbuata istinadla xəbər verir ki, Mandy Helen Lucitt adlı qadına vəziyyətinin ağırlaşdığı söylənib. Mədəaltı vəzi xərçənginə tutulan qadının yaşamaq üçün az vaxtı qalıb.

Buna görə də, aprel ayının 27-də ailə qurmağı planlayan cütlük ötən gün Darent Valley Hospital-da evləniblər.

Xəstəxanada keçirilən mərasimdə onların yaxınları iştirak edib. Mərasimə hətta İrlandiyadan da gələnlər olub.

Qeyd edək ki, onlar 42 ildir bir-birlərini tanıyırlar.

Gununsesi.info

COMMENTS