Qadına qarşı quldurluq edən şəxsə 13 illik həbs cəzası istənildi

  • By admin
  • 25 Noyabr 2016 16:52

1423748609_mehkeme-2

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Emin Alməmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gununsesi.info-nun APA-ya istiinadən xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqında da sübuta yetirildiyini deyib.

Prokuror E. Alməmmədova 13 illik həbs cəzası istəyib.

Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses dekabrın 5-də davam etdiriləcək.

Qeyd edək ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 14-də Marina Şirokovaya məxsus içərisində 530 manat və 100 ABŞ dolları, habelə sənədlər olan pul kisəsini quldurluq yolu ilə almış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Alməmmədov tutulub.

Gununsesi.info