
Bakıda qadına qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Azad Camalov barəsində olan hökmdən apellyasiya şikayəti verib.
Gununsesi.info-nun xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək məhkəmə prosesi oktyabrın 18-nə təyin edilib.
Prosesə hakim Qail Məmmədovun sədrlik edəcək.
Qeyd edək ki, hadisə 2016-cı il martın 25-də baş verib. Bakı şəhər sakini Ramidə Məmmədovanın 70 manatı və sənədləri soyğunçuluq yolu ilə əlindən alınıb. Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Azad Camalov tutulub. O, Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Camalov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Gülnaz Qənbərli
Gununsesi.info