Qadını şok edən hadisə: Sevgilisi 22 qardaşından biri çıxdı – FOTO

  • By admin
  • 16 Fevral 2024 11:37

ABŞ-ın Konnektikut ştatında yaşayan Viktoriya Hill həmişə atasından görkəminə və xasiyyətinə görə necə fərqləndiyini düşünür və ailə daxilində poçtalyon uşağı olduğu zarafatlarını edirdi. 39 yaşlı klinik sosial işçinin bu zarafatı onun apardığı DNT testindən sonra artıq gülməli deyil.

Gununsesi.info xəbər verir ki, ailəsində heç kimdə sağlamlıq problemi olmadığı üçün çaşqınlıq yaşayan gənc qadın son vaxtlar ABŞ-da getdikcə populyarlaşan DNT testlərini evə aparıb.

Onun özü haqqında daha çox öyrənmək üçün başladığı bu macəra ABŞ qəzetlərinin səhifələrini bəzəyən xəbərlərlə nəticələnəcib.

DNT nəticələri geri gələndə Viktoriya daha çox bacı-qardaçının olduğunu öyrənib. Hazırda bu rəqəm 22-dir.

Onun bacı-qardaşlarından bəzilərinin məlumatları Viktoriyaya çatıb. Qardaşlardan birinin dediyinə görə, Burton Kaldvel adlı bu həkim ananın icazəsi olmadan “in vitro” mayalanma prosesində öz spermasından istifadə edib.

Öyrəndiklərindən şoka düşən qadın üçün bu, ən sarsıdıcı nəticə olmayıb. O, hadisəni bir az dərindən araşdırdıqda bacılarından birinin onun keçmiş sevgilisi olduğunu öyrənib.

CNN Viktoriya Hillin yaşadığı bu hadisənin son illərdə ən ekstremal hadisə olduğunu və tənzimləmənin olmamasının yaratdığı dəhşətli nəticələri ortaya çıxardığını yazıb.

Viktoriyanın bioloji qardaşı ilə ondan xəbərsiz romantik münasibət quran tək adam olmadığına diqqət çəkən CNN ölkə daxilində 30-dan çox həkimin xəstələrinə hamilə qalmaq üçün gizli şəkildə öz spermalarından istifadə etdikləri üçün tutulduğunu və ya ittiham edildiyini xatırladıb.

CNN tərəfindən aparılan ümummilli sorğuya görə, ABŞ-ın əksər ştatlarında həkimlərin bu saxtakarlığına qarşı heç bir qanun yoxdur.

Qeyd edilib ki, “Uşaqlıq fırıldaqçılığı”nda ittiham olunan həkimlərin məhkəmədə böyük üstünlüyü var, yəni onlar nadir hallarda cəza ilə üzləşirlər.

Gununsesi.info