Türkiyənin Zonquldaq rayonunun Çaycuma qəsəbəsində bir qadını zorlayıb, bu an çəkdiyi fotolarla şantaj edən şübhəli həbs olunub.
Gununsesi.info xəbər verir ki, rayonda yaşayan M.K. (35) adlı qadın bir ay öncə U.G-nın (49) onu zorladığını və o məqamda çəkilən fotolarla şantaj edildiyini bildirərək, şikayət edib.
Polislər şübhəlini evində ələ keçiriblər.
U.G-nın evində aparılan araşdırma zamanı tapança, 8 ov tüfəngi aşkar edilib.
Gununsesi.info