Qadının şəkillərini internetdə yayacağı ilə hədələyib pul alan şəxs saxlanılıb.
Gununsesi.info xəbər verir ki, Gəncə Şəhər sakini Kəpəz rayon Polis İdarəsinə müraciət edərək, Gülüstan qəsəbəsədində yaşayan 36 yaşlı Məhərrəm Qurbanovun onun şəkillərini internetdə yayacağı ilə hədələyərək, 200 manat pul tələb etməsini bildirib.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Məhərrəm Qurbanov zərərçəkmiş şəxsdən 150 manat pulu aldıqdan sonra saxlanılıb və həmin pullar onun üzərindən gütürülüb.
Saxlanılan şəxs ona qarşı olan ittihamlarla razılaşmayaraq, qadının özünün ona şəkil göndərdiyini bildirib.
Məhərrəm Qurbanov şəkillərin qadın tərəfindən pozulduğunu deyir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində cinayət işi açlılıb, istintaq gedir.
Gununsesi.info