Qadınlar hamilə qala bilmirlərsə, diş həkiminə getsinlər

  • By admin
  • 15 İyul 2017 16:43

dis-hekim-iyne
Mütəxəssislərin fikrincə, diş əti problemi olan qadınların hamilə qalma şansları digərlərinə nisbətdə 4 dəfə azdır.
Çünki bakteriyalar yumurtlamağı və embrionun implantasiyasının qarşısını alır. Sputnik Azərbaycan “NTV”-yə istinadən xəbər verir ki, türkiyəli həkim-professor Betül Görgen, P.Gingivalis bakteriyası olan qadınları yaxından maraqlandıran mövzu barəsində məlumatlandırıb.
P.Gingivalis bakteriyasının embrionun tutunmasına mane olduğunu söyləyən qadın xəstəlikləri mütəxəssisi professor Betül Görgen, “uşaq sahibi olmaq istəyən qadınlar diş ətlərinə diqqət etməli və davamlı olaraq dişlərini fırçalamalıdır. Çünki diş əti infeksiyasına səbəb olan bakteriyalar hamilə qalma müddətini uzadır” deyib.
Həkimin sözlərinə görə, bu bakteriya həmçinin hormon istehsalına da mənfi təsir edir.

Gununsesi.info