Qadınlar təcavüzkarı ölənə kimi döydülər - FOTOLAR 

  • By admin
  • 04 İyul 2017 15:34

003

Hər gün bir çox qadının və uşağın təcavüzə məruz qaldığı Hindistanda qadınlar bu dəfə təcavüzkarı özləri cəzalandırıblar.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hindistanın Dumka bölgəsində yaşayan qadınlar qaçmağa çalışan təcavüzkarı boş bir əraziyə gətirərək əllərin iplə arxadan bağlayıb sırayla onu ölənə kimi döyüblər.

Xüsusiylə qadınlardan biri əlindəki dəyənəklə təcavüzkarın cinsi orqanına dəfərlə zərbə endirib. Bir müddətdən sonra təcavüzkarı aldığı zərbələrdən huşunu itirib.

BMT-nin Uşaq Fondunun (UNICEF) rəsmi məlumatına görə, Hindistanda hər 155 dəqiqədə bir yetkinlik yaşına çatmayan qız cinsi-fiziki zorakılığa məruz qalır. Hər 13 saatda bir isə yetkinlik yaşına çatmayan oğlan təcavüzün qurbanı olur.

Məhz 2015-ci ildə Hindistanda 10 mindən çox uşaq təcavüzə məruz qalıb.

002

001

Anar

Gununsesi.info