
Son zamanlar qadınlara “daha çox uşaq dünyaya gətirin” çağırışları ilə diqqət çəkən Şimali Koreya prezidenti Km Çen In minlərlə qadınla bir araya gəldiyi tədbirdə göz yaşlarını saxlaya bilməyib.
Gununsesi.info xəbər verir ki, ölkədə doğum nisbətlərinin azalması səbəbindən qadınlara müraciətlərini artıran Kim Milli Analar Yığıncağı tədbirində minlərlə qadınla görüşüb.
Milli gücü qorumaq üçün yeni körpələrin dünyaya gəlməsinə ehtiyac duyduqlarını qeyd edən Kim, bunun “qadınların vəzifəsi” olduğunu bildirib. Emosional hadisə zamanı Şimali Koreya liderinin zaman-zaman göz yaşlarını saxlaya bilməyədiyi və salfetlə gözlərini sildiyi görülüb.
Kim həmçinin qadınları övladlarını “kommunist dəyərləri” ilə böyütməyə çağırıb.
Görüşdə ənənəvi paltar geyinən qadınların da Şimali Koreya lideri ilə birlikdə ağlaması və çıxışı dəqiqələrlə alqışlaması diqqət çəkib.
Əhalisinin 25,7 milyon civarında olduğu təxmin edilən Şimali Koreyada 1990-cı illərdə yüz minlərlə insanın ölümünə səbəb olduğu düşünülən qıtlığın doğum nisbətinin ciddi şəkildə azalmasına səbəb olduğu bildirilir. 2070-ci ilə qədər ölkədə əhalinin sayının 23,7 milyon nəfərə qədər azalacağı təxmin edilir ki, bu da işçi qüvvəsinə ciddi təsir göstərəcək.
Şimali Koreya üç və ya daha çox uşağı olan ailələrə pulsuz mənzil, təhsil və ərzaq yardımı edir.
Gununsesi.info