
Qadınlara qarşı soyğunçuluq edən şəxslər saxlanılınıb.
Gününsəsi.info Nəsimi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq və oğurluq cinayətləri etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakini Azər Təhməzov saxlanılıb.Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri Firəngiz Hüseynovanın mobil telefonunu, Gülnaz İsayevanın 104 manat pulunu və sənədini soyğunçuluq yolu ilə alması, habelə Sevda İsmayılovaya və Esmiralda Həsənovaya məxsus avtomobillərdən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.Nəsimi RPİ əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb. Belə ki, dekabrın 26-da Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Günel Rəcəbovaya zor tətbiq edərək içərisində 270 manat, 130 ABŞ dolları, 50 avro və mobil telefon olan pul kisəsini ələ keçirib.Həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Bəhruz Məmmədov hadisəni yerindən qaçmağa cəhd göstərən zaman Nəsimi RPİ 22-ci Polis Bölməsi və rayon Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Gününsəsi.info