Qadınlara qarşı zorakılığın qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu - AVROPA ŞURASI BU MÖVZUDA DİSKUSSİYA AÇIR

  • By admin
  • 18 May 2022 23:54

Mayın 19-da Bakıda Avropa İttifaqı və Avropa Şurasının “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” birgə layihəsi çərçivəsində qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair Avropa Şurası standartları və bu kontekstdə milli parlamentlərin rolu haqqında məlumatlılığın artırılmasına dair tədbir həyata keçiriləcək.

 

Bu barədə Gununsesi.info-nun elektron poçtuna Avropa Şurasından göndərilən məlumatda deyilir.

Məlumata görə, layihə çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə Milli Məclisdə təmsil olunan parlament üzvlərinin iştirakı ilə sessiya təşkil olunacaq.
Tədbirdə Avropa Şurası üzv dövlətlərinin təcrübəsinə əsaslanaraq, parlamentlərin yerli kontekstdə bu standartların təşviqində rolu müzakirə ediləcək.

Bu tədbir Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) çərçivəsində “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi tərəfindən həyata keçirilmişdir.

 

Gununsesi.info