Qadınların orduda xidmət etmələrinə icazə verildi - XİDMƏTDƏN YAYINANLAR HƏBS EDİLƏCƏK

  • By admin
  • 07 Aprel 2018 10:00

Qətər əmiri Tamim bin Həmad əl Tani ölkədə kişilər üçün hərbi xidmətin 3 aydan 1 ilədək uzadılması barədə qanun imzalayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “QNA” agentliyi bildirib.

Agentliyin xəbərində qeyd edilir ki, yeni qanunla ölkə qadınları hərbçi ola bilərlər. Ölkənin 18 yaşını tamam etmiş qadınları yeni qanunla ilk dəfə könüllülük əsasında orduda xidmət hüququ ilə təmin ediliblər.

“Yaşı 18-dən 35-ə qədər olan kişilər icbari hərbi xidmət keçməlidirlər. Qadınlar üçün Vətənə xidmət könüllüdür”, – deyə agentlik bildirib.

Qanunda, həmçinin hərbi xidmətdən yayınanlar üçün 3 ilədək həbs cəzası və 50 min rial (təxminən 15 min ABŞ dolları) məbləğində cərimə nəzərdə tutulur. Qətərin kişi sakinləri 18 yaşları tamam olduqdan 2 ay sonra orduya getməlidirlər.

Bundan əlavə, Qətər özünün Hərbi Xidmət Akademiyasını da yaradacaq.

Gununsesi.info