Qadınların problemləri bu gün Azərbaycan kişisinin gündəmindədir

  • By admin
  • 28 Sentyabr 2016 11:00
bahar
Bu gün Milli Məclisdə AŞPA-nın “Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsinin “Qadınlar səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu” mövzusunda seminarı keçirilib.
Gununsesi.info xəbər verir ki, tədbirə sədrliyi Avropa Şurası Assambleyasının (AŞPA) Qadınlara qarşı zorakılıq üzrə baş məruzəçisi Sahibə Qafarova edib. Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova çıxışında bildirib ki, Azərbaycanda istər  qadınların hüquqlarının genişləndirilməsi. Istər cəmiyyətədə gender bərabərliyinin təmin olunmasında, istərsə də qadın zorakılığına qarşı mübarizədə xeyli iş görülüb.
B. Muradova bildirib ki, belə bir tədbirin Azərbaycanda keçirilməsinin böyük əhəmiyyəti var: “Hesab edirəm ki, bu tədbir təcrübə mübadiləsi baxımından böyük əhəmiyyətə malikdir”.
B. Muradova əlavə edib ki, son illərdə qadınların Azərbaycanın siyasi partiyalarında qadınların təmsilçiliyinin artırılması istiqamətində ciddi iş aparılıb və bu  istiqamətdə ciddi irəliləyişlərə nail olunub: “Məhz bunun nəticəsində  yerli özünüidarəetmə və parlament seçkilərində qadınların iştirakı artıb.  “Belə ki, yerli qurumlarda qadınların təmsilçiliyi 4 faizdən 30 faizə qədər artıb. Bu, dövlətin bu istiqamətdə apardığı siyasətin, eləcə də gərgin və fədakar işin, həmçinin bu məsələdə parlamentarilərin verdiyi töhfənin və konkret olaraq bu kampaniyaya ayrılan önəmin nəticəsidir”. B. Muradova onu da əlavə edib ki, bu gün qadınların diqqət mərkəzində olan məsələlər bilavasitə kişilərin gündəminə və proqramına daxil olur: “Parlamentdə təmsil olunan kişi deputatlarımız daim qadınlara qarşı baş verən zorakılıqların aradan qaldırılması istiqamətində ciddi səylər nümayiş etdirirlər”.
Mürtəza
Gununsesi.info