Qadınların səlahiyyətləndirilməsi və bərabərlik KONFRANS

  • By admin
  • 16 Fevral 2018 18:12

Fevralin 12-də Bakida Premier Expo hotelində işgüzar qadinlar üçün “Azərbaycanda qadinlarin iqtisadi səlahiyyətləndirilməsi və bərabərlik hüququnun təmin edilməsində mövcud durum, problemlər və həlli yollari” mövzusunda konfrans keçirilib. Tədbir  Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf proqramının Demokratiya Monitoru İctimai Birliyinin ekspert qrupu vasitəsilə icra etdiyi “Azərbaycanın Bölgələrində Hüquqi Çərçivə və Qadınların Sosial-İqtisadi Səlahiyyətləndirilməsi Vasitəsilə Gender Bərabərliyinin Təşviq Edilməsi Üçün Genişləndirilmiş Vətəndaş Cəmiyyəti Dəstəyi” proqramı ​çərçivəsində təşkil edilib. Tədbirə dövlət qurumlarını, parlamenti, vətəndaş cəmiyyətini və özəl sektoru təmsil edən 50-yə qədər iştirakçı qatılıb.

Gununsesi.info xəbər verir ki, konfransda ABŞ və İsveçrə səfirliyinin, Avropa İttifaqı və BMT İnkişaf Proqramının nümayəndələri, vətəndaş cəmiyyəti, dövlət qurumları, özəl sektoru təmsil edən digər iştirakçılar da çıxış dərək fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər. Sonda qərara alınınb ki, səslənən rəy və təkliflər nəzərə alınsın və müvafiq qurumlara göndərilsin.

Konfederasiyasının qadın sahibkarlarla iş komissiyasının sədri Jalə Hacıyeva, Mingəçevir Media Mərkəzinin rəhbəri Yeganə Nəbiyeva və Yevlax rayonun icma rəhbəri və fermer Sonya Ridvanova maraqlı tərəf təmsilçiləri olaraq gördükləri işlər barədə və qadınların rolunun artırılması barədə təklifləri veriblər.

Çıxışçılardan millət vəkili Fazil Mustafa bildrdi ki, qadınlərın iqtisadi azadlığının stimullaşdırılmasının təməl şərti onların əlçatan səviyyədə peşə təhsilinə yiyələnməsindən asılıdır. Bunun üçün də bölgələrdə qadınlar üçün özəl sektorun peşə təmayüllü kolleclərin açılmasına imkan yaradılmalıdır. Qanunla nə qədər gender bərabərliyinə təminat verilsə də, cəmmiyyətin problemə düşüncəsi dəyişməyincə hüquqi tətbiqatda problemlər əvvəlki kimi qalacaq. Təsadüfi deyil ki, məhkəmələrə bu mövzuda müraciətlərin olmaması da söylənilənlərin sübutudur. Digər tərəfdən bölgələrdə qadın sahibkarlığın stimullaşdırılması üçün ciddi vergi güzəştləri düşünülməlidir. Qadın sahibkarlara ayrılan kreditlərin müddətində və faizində stimullaşdırıcı elenentlərin olması vacibdir.

Gununsesi.info