Qafanda ruslarla ermənilər arasında dava – YARALANAN VAR

  • By admin
  • 09 Noyabr 2021 18:38

Ermənistanın Qafan şəhərində yanacaqdoldurma məntəqəsinin işçisi ilə Rusiya vətəndaşları arasında insident olub

Rusiya vətəndaşları – 41 yaşlı Yevgeni Qalanov, 41 yaşlı Yevgeni Dyanov və 50 yaşlı Pyotr Qorbulyakla Qafan sakini – 40 yaşlı Armen Avanesyan arasıda mübahisə olub.

Nəticədə A.Avanesyan başından yaralanıb. Onu hospitala yerləşdiriblər.

Daha sonra naməlum şəxslər polisə rusiyalı əsgərlərin sakinlərlə mübahisə etdikləri barədə məlumat veriblər.

Ermənistanın Qafan şəhərində yerli sakinlərlə Rusiya vətəndaşları arasında baş verən davanın təfərrüatı məlum olub. Polis davanın Rusiya hərbçiləri ilə erməni mülki şəxslər arasında olduğunu bildirib.

Polis hadisə ilə bağlı araşdırma aparıb. Nəticədə məlum olub ki, insident inşaat şirkətinin rəhbərliyində təmsil olunan Rusiya vətəndaşları ilə yerli sakinlər arasında baş verib.

Rusiya vətəndaşları polisə aparılıb.

Gununsesi.info