Qafandan səslənən erməniyə azərbaycanlının CAVABI -VİDEO

Zəngəzurun Qafan şəhərinin inzibati ərazisində yerləşən Mahmudlu kəndində yaşayan erməni sovet dövründə sovxoz sədri olmuş Səməd Qarayevə videogörüntü ilə mesaj göndərib.
Gununsesi.info  xəbər verir ki, o, görüntüdə Azərbaycan dilində danışıb.
Erməni bildirib ki, ağacların barı-bəhəri, torpağın bərəkəti də azərbaycanlılarla gedib.
Xəzər TV-yə danışan S.Qarayevin oğlu Eldar Qarayev bildirib ki, atası 1 il əvvəl rəhmətə gedib.
E.Qarayevin sözlərinə görə, atası dünyasını dəyişmədən öncə erməninin ona səsləndiyi kadrları izləyib:
“Atam həmin ermənini tanıdı. O vaxtlar sovxoz sədri işləyən atam işi ilə əlaqədar Qafan rayonundan ən son çıxanlardan olub. Ehtiyacı olduğu üçün həmin erməniyə atam daim əl tutub.
Bizim orda barlı-bərəkətli bağımız vardı. Əlbəttə ki, hər şey bizimlə gedib o torpaqlarda. Atam 94 il yaşadı, amma o torpaqlara qayıda bilmədi. Ən böyük təsəllisi isə torpaqlarımızın işğaldan azad olunduğunu görmək oldu.

O torpaqlar bizim dədə-baba yurdlarımızdır. Torpaqların əsl sahibləri geri dönəndə ağaclar da bar verəcək. Azərbaycanlılar qoca erməninin göndərdiyi salamı elə öz evlərində alacaqlar”.

Gununsesi.info