“Qafqaz” dünyanın ən yaxşı universitetləri siyahısına düşdü

  • By admin
  • 06 Sentyabr 2016 11:27

qafqaz

Azərbaycanın üç ali məktəbi Britaniyanın “Quacquarelli Symonds” (QS) şirkətinin versiyasına görə 2016/17-ci illər üçün dünyanın ən yaxşı universitetlərinin reytinqinə düşüb. 

Gununsesi.info QS-nin rəsmi saytına istinadən xəbər verir ki, reytinqə Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Xəzər Universiteti daxil olub. Hər üç universitet reytinqdə səkkizinci yüzlüyə düşüblər.

Reytinqə ABŞ-ın üç ali məktəbi – Massaçusets Texnologiya İnstitutu, Stenford Universiteti və Harvard Universiteti liderlik edir. İlk onluğa Britaniyanın məşhur universitetləri – Oksford və Kembric daxil olub.

Reytinqdə həmçinin Türkiyənin 11, İranın isə 5 ali məktəbi daxil olub. Ermənistan və Gürcüstan universitetləri reytinqə daxil edilməyib.

Gununsesi.info